AZ

ABŞ Müctəba Xameneinin başına külli miqdarda pul qoydu - FOTO

ABŞ İranın yeni lideri Müctəba Xameneinin başına pul qoyub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Xamenei ilə yanaşı, yüksək vəzifəli İran rəsmilərinin tutulmasına kömək edən məlumata görə 10 milyon dollar mükafat elan edib.

“Bizə məlumat verin. Verdiyiniz məlumatlar mükafat qazanmağınıza və yer dəyişdirmə imkanından faydalanmağınıza kömək edə bilər”, - deyə bəyanatda qeyd edilib.

Bəyanatda paylaşılan fotolarda İranın yeni lideri Müctəba Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Liderlik Ofisinin rəis müavini Əli Əsgər Hicazi, liderlik müşaviri Yəhya Rəhim Səfəvi, Daxili İşlər naziri İskəndər Mömini və Kəşfiyyat naziri İsmayıl Xətib göstərilir.

Billurə

Seçilən
59
1
olke.az

2Mənbələr