AZ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında itkiləri açıqlanıb

Birləşmiş Ştatların İrana qarşı başlatdığı hərbi əməliyyatlar ərzində 13 ABŞ əsgəri həyatını itirib, 200-ə yaxın hərbçi isə müxtəlif xəsarətlər alıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinad edən "The Wall Street Journal" məlumat yayımlayıb.

Verilən məlumata əsasən, xəsarət alan 200 əsgərdən 10 nəfərin səhhəti ağır qiymətləndirilir. Bununla yanaşı, 170 hərbçi sağalaraq yenidən öz xidməti vəzifələrinə dönüb.

Xəbərdə qeyd olunub ki, təkcə cümə axşamı baş verən hadisə zamanı ABŞ-yə məxsus "KC-135" markalı yanacaqdaşıyan təyyarəsinin qəzaya düşməsi altı hərbçinin ölümü ilə nəticələnib.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq ərazisində qeydə alınan qəza səbəbindən sözügedən təyyarənin bütün ekipaj üzvlərinin həlak olduğunu rəsmən təsdiq edib.

Seçilən
39
4
moderator.az

5Mənbələr