ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın kansleri Fridrix Mers və Avropa İttifaqına (Aİ) üzv daha yeddi ölkənin lideri Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ın (XHƏ) iştirakçılarının Aİ-yə girişinə qadağa qoyulması imkanının araşdırılmasını tələb ediblər.
Bizimyol.info xəbər verir ki, Almaniyanın DPA agentliyinin məlumatına görə, onlar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antoniu Koştaya ünvanladıqları məktubda bildiriblər ki, "XHƏ" iştirakçılarının Şengen zonasına daxil olması “Aİ-nin daxili təhlükəsizliyi üçün ciddi risklər yarada bilər”.
Sənəddə vurğulanır ki, bu məsələyə “ən yüksək siyasi səviyyədə” diqqət yetirilməli və ona qarşı koordinasiyalı Avropa reaksiyası hazırlanmalıdır. Liderlər təklif ediblər ki, məsələ martın 19-da keçiriləcək növbəti Aİ sammitində müzakirə olunsun.
Məktubu Almaniya kansleri Fridrix Merslə yanaşı Latviya, Litva, Polşa, Rumıniya, Finlandiya, İsveç və Estoniyanın dövlət və hökumət başçıları imzalayıblar.
Xatırladaq ki, bundan əvvəl Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas da "XHƏ" adlandırılan müharibə iştirakçılarının Avropaya girişinin qadağan edilməsini təklif edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.