ABŞ-nin Dövlət Departamenti Omanda fəaliyyət göstərən bəzi amerikalı diplomatlar və digər dövlət nümayəndələrinə hərbi əməliyyatlar fonunda ölkədən çıxmaq barədə göstəriş verib.
Publika.az-ın xəbərinə görə, bu məlumat ABŞ Dövlət Departamentinin rəsmi xəbərdarlığında öz əksini tapıb.
Qərarda qeyd olunur ki, "Dövlət Departamenti təhlükəsizlik risklərini nəzərə alaraq, təxirəsalınmaz vəzifələr icra etməyən ABŞ hökuməti əməkdaşlarına və onların ailələrinə Omanı tərk etməyi əmr edib".