AZ

Səməd Vurğunun nadir fotosu üzə çıxdı

Tarixçi alim Cəmil Həsənli Səməd Vurğunun nadir fotosunu üzə çıxarıb.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, şairin fotosunu paylaşan C. Həsənli bildirib ki, şəkli 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə edib:

“Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır. Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun.  

Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.

Qurultay uzun çəkmişdi. Mixail Şploxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır”.

"Cebheinfo.az"

Seçilən
15
10
cebheinfo.az

10Mənbələr