Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Avropa İttifaqı (Aİ) ABŞ-dən uzunmüddətli asılılığı azaltmaq istəyir".
Oxu.Az xəbər verir ki, bu sözləri Latviyanın keçmiş prezidenti Egils Levits XIII Qlobal Bakı Forumunda "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda keçirilən panel müzakirədə deyib.
O bildirib ki, rəqəmsal suverenlik istiqamətində Çinlə əməkdaşlığa açıq olmalıdırlar:
"Həmçinin Avropanın rəqəmsal sistemi yaradılmalıdır. Biz onilliklərlə geri qalırıq. Avropada rəqəmsal təhlükəsizliyi təmin etmək asan deyil, ABŞ-də isə əlverişlidir. Texniki potensialımız böyükdür. Siyasi iradə göstərməliyik. Rəqəmsal suverenliyə gəldikdə isə bu sahədə Avropanın fəaliyyətini genişləndirməliyik. ABŞ və Çin bunu edir. Bizdə isə məsələ ilə bağlı fikir ayrılığı var".
Məlik Məlikov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.