Bölgədəki ABŞ bazaları tamamilə ləğv edilənə qədər cəza əməliyyatları davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.
Bildirilib ki, “Gerçək vəd 4” əməliyyatı çərçivəsində iki mərhələli hücumda SEPAH-ın Hərbi Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki “Əl-Dəfra” hava bazasındakı ABŞ qərargahına dəqiq ballistik raket zərbəsi endirib. Zərbələr zamanı erkən xəbərdarlıq radarları, komandanlıq və nəzarət mərkəzləri və bazadakı Amerika terrorçuları üçün toplanma məntəqələri dəqiqliklə vurulub.