Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.
Redaktor.az xəbər verir ki, Hikmət Hacıyev “X” hesabında yazıb.
Görüşdə Çinin Azərbaycandakı səfiri Lu Mey də iştirak edib.
Tərəflər zamanı görüş zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar, əsas regional məsələlər müzakirə edilib.