"Barselona"nın prezidentliyə namizədi Joan Laporta rəqibi Viktor Font haqqında danışıb.
QOL.az AS-a istinadən xəbər verir ki, o, Font haqqında sərt fikirlər səsləndirib:
"Sadəcə demək istəyirəm ki, "Barselona"nı kompüter və "Excel" arxasında gizlənən texnokrat olan Fontun əlinə vermək bizi çökdürəcək. Bu, "Barselona"nın dağılmağına səbəb olacaq. Hətta Bartomeu da onu dəstəkləyir. Əminəm ki, oyunçular düzgün seçim edəcəklər və "Barselona" zirvəyə doğru yüksəlməyə davam etdirəcək".
Xatırladaq ki, "Barselona"nın prezidenti seçkiləri martın 15-də keçiriləcək. Hazırda da klubun rəhbəri Joan Laportadır