AZ

Xalq artisti “Tarqovu”da görüntüləndi – Tanınmaz HALDA – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni klipinin çəkilişləri üçün kamera qarşısına keçib.

NOCOMMENT.az xəbər verir ki, müğənni klip çəkilişlərini Bakının məşhur “Tarqovu” adlanan ərazisində – Nizami küçəsində həyata keçirib. Sənətçi çəkiliş zamanı fərqli imici ilə diqqət mərkəzinə düşüb.

Yayılan görüntülərdə Nazpəri Dostəliyevanın əvvəlki obrazından fərqli görünüşdə olduğu müşahidə olunub. Bu səbəbdən ərazidə olan bəzi insanlar və sosial şəbəkə istifadəçiləri müğənnini tanımaqda çətinlik çəkdiklərini bildiriblər.

Klip çəkilişləri zamanı “Tarqovu”dan keçən sakinlər maraqla izləyiblər. Kadrlarda sənətçinin yeni obrazı və fərqli üslubu xüsusilə diqqət çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə izləyicilər arasında maraq doğurub və müzakirələrə səbəb olub. Bir çox istifadəçi Xalq artistinin yeni imicini bəyəndiyini qeyd edib.

Qeyd edək ki, Nazpəri Dostəliyeva tezliklə təqdim olunacaq yeni klipi ilə dinləyicilərinin qarşısına çıxmağa hazırlaşır.\\Milli.Az

Seçilən
1
2
nocomment.az

3Mənbələr