Bakı. Trend:
Turizm, İKT, mədəniyyət və energetika Azərbaycan ilə Misirarasında əməkdaşlıq üçün ən böyük potensiala malik sahələrsırasındadır.
Bunu Trend-əMisirin keçmiş Planlaşdırma, İqtisadi İnkişaf və BeynəlxalqƏməkdaşlıq naziri Raniyə Əl-Maşat bu gün “Keçid dövründə olandünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusundakeçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində bildirib.
O qeyd edib ki, Azərbaycan və Misir həmçinin kino sənayesi vəali təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu əməkdaşlıqçərçivəsində ölkələr arasında tələbə mübadiləsi proqramlarıvasitəsilə Əl-Əzhər Universiteti ilə qarşılıqlı əlaqələringenişləndirilməsi də nəzərdə tutulur.
Əl-Maşat Azərbaycanın neft sektorunda əldə etdiyi nailiyyətləriyüksək qiymətləndirərək bildirib ki, əməkdaşlıq enerji sahəsində dəgenişlənə bilər.
“Azərbaycanda neft sektorunda görülən işlər bizi çoxtəsirləndirir. Misir də neft və qaz sahəsini fəal şəkildə inkişafetdirir və bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək”, – deyə oəlavə edib.
Sabiq nazir həmçinin iki ölkə arasında qlobal təşəbbüslər vəbeynəlxalq forumlar çərçivəsində əməkdaşlığın artdığını vurğulayıb.Misir COP27 konfransına, Azərbaycan isə COP29-a ev sahibliyi edibki, bu da iqlim məsələləri üzrə daha sıx qarşılıqlı fəaliyyətətöhfə verir.
O bildirib ki, Misir 2024-cü ildə Ümumdünya Şəhərsalma Forumunaev sahibliyi edib, forumun növbəti sessiyası isə bu il Azərbaycandakeçiriləcək. Bu isə iki ölkə arasında texniki əməkdaşlıq üçün əlavəimkanlar açacaq.
“Dünyanın müxtəlif bölgələrindən fərqli təcrübəyə malikinsanların eyni ideyaları bölüşdüyünü və eyni mesajı irəliapardığını görmək çox vacibdir. Beynəlxalq əməkdaşlıq zəruridir”, –o bildirib.
Qlobal Bakı Forumunu şərh edən Əl-Maşat qeyd edib ki, buplatforma ümumi qlobal çağırışları müzakirə etmək üçün dünyanınmüxtəlif ölkələrindən liderləri və ekspertləri bir araya gətirərməkbaxımından mühüm rol oynayır
“Dünyanın müxtəlif bölgələrindən fərqli təcrübəyə malikinsanların eyni ideyaları bölüşdüyünü və eyni mesajı təşviqetməyini görmək çox vacibdir. Beynəlxalq əməkdaşlıq zəruridir”, –deyə o bildirib.