ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakıda 49 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonunda baş verib.
1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva yaşadığı T.Abbasov küçəsi ev 13 mənzil 32-nin (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən G.Mustafayeva orada vəfat edib.
Araşdırmalar aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.