AZ

İtaliyalı pilot Formula 1-in tarixinə düşdü

BAKI, 14 mart. TELEQRAF

Formula 1 üzrə 2026-cı il mövsümünün ikinci mərhələsi olan Çin Qran-prisinin sıralanma turu başa çatıb.

Teleqraf xəbər verir ki, Şanxay halqasında ən yaxşı nəticəni “Mersedes”in pilotu Andrea Kimi Antonelligöstərib.

Bununla da 19 yaşlı italiyalı pilot Formula 1 tarixində poul-mövqeni qazanan ən gənc sürücü kimi rekorda imza atıb. O, sıralanma turunda komanda yoldaşı Corc Rasselli və “Ferrari”nin ulduzu Lüis Hemiltonu geridə qoymağı bacarıb.

Qeyd edək ki, Çin Qran-prisinin əsas yarışı martın 15-də, Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

Seçilən
16
teleqraf.com

1Mənbələr