Bakı. Trend:
İnnovasiyalar varsa, bununla bağlı tənzimləyici sərhədlər vəlimitlər olmalıdır.
Trend xəbər verir ki, bunu "Women Political Leaders"təşkilatının prezidenti və təsisçisi, Avropa Parlamentininvitse-prezidenti (2009–2011), Avropa Parlamentinin üzvü (2004–2014)Silvana Kox-Mehrin bu gün Bakıda XIII Qlobal Bakı Forumuçərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetməvə innovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanıbildirib.
Onun sözlərinə görə, texnologiyaların gücü cəmiyyətə xeyli təsirgöstərir:
"İlk genetik modifikasiyanın mümkün olduğu vaxtdan etibarənbizdə narahatlıq yaranıb; qorxu və tərəddüd hissi mövcud olub. Bizümumiyyətlə bu çərçivədə hərəkət edə bilərikmi?
Süni intellektə aid olaraq Avropa İttifaqının “qızılstandartlarından” danışa bilərik. Vətəndaşların əksəriyyəti(təxminən yetmiş faizi) süni intellektin təsirindən qorxur. Digərtərəfdən, bu texnologiya innovasiya vasitəsi kimi təqdim olunur.Avropa İttifaqı ən təhlükəsizlik standartlarını tətbiq etməyidüşünür. Sistem güclü olduqda məsuliyyət də artır. İnsanlar süniintellekti idarə edərək onun hərəkətlərinə nəzarət etmə imkanınamalikdir. Lakin Avropa İttifaqı bununla tam razılaşmır və hesabedir ki, artıq həddindən artıq tənzimləmə mövcuddur.
Bizim düşüncəmiz belədir ki, güclü öhdəlik yalnız o zaman yaranırki, süni intellektin idarə edilməsinə qarşı qəti öhdəliklər olsun.Ətraf mühitdə və əmək bazarında şəffaflıq şərtləri süni intellektvasitəsilə artırıla bilər. Enerji baxımından isə süni intellektbahalıdır".
"Hansısa şirkət Avropa İttifaqında süni intellektlə məşğul olmaqüçün tənzimləmə ilə razılaşmalıdır. Yekun nəticədə biz bilirik ki,həddindən artıq tənzimləmə innovasiyanı məhv edə bilər. Amma xaosda olmamalıdır", deyə o qeyd edib.