AZ

ABŞ Omandakı bəzi diplomatlarına ölkədən çıxmağı əmr etdi

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Dövlət Departamenti Omanda fəaliyyət göstərən bəzi amerikalı diplomatlar və digər dövlət nümayəndələrinə hərbi əməliyyatlar fonunda ölkədən çıxmaq barədə göstəriş verib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin rəsmi xəbərdarlığında öz əksini tapıb.

Qərarda qeyd olunur ki, "Dövlət Departamenti təhlükəsizlik risklərini nəzərə alaraq, təxirəsalınmaz vəzifələr icra etməyən ABŞ hökuməti əməkdaşlarına və onların ailələrinə Omanı tərk etməyi əmr edib".

Rəsmi açıqlamada Birləşmiş Ştatlar rəhbərliyi vətəndaşlara İranın mümkün PUA və raket zərbələri, həmçinin terror təhlükəsi ehtimallarına görə Omana səfər etmək fikirlərini bir daha düşünməyi məsləhət görüb. Həmçinin ABŞ-lilərə Omanın Yəmənlə sərhəd bölgələrinə getməmək tövsiyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azxeber.com

1Mənbələr