AZ

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Ajans.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq", - paylaşımda bildirilib. Qeyd edək ki, Efiopiyanın cənubunda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 107 nəfər həlak olub.

Güclü yağışlar martın 9-u gecədən martın 11-i səhər saatlarınadək davam edib. Leysanlar nəticəsində regionun infrastrukturu ciddi zərər görüb, yollar dağılıb.

Seçilən
38
25
Ajans.az

10Mənbələr