AZ

7 güləşçimiz AÇ-də mübarizəyə başlayacaq

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bu gün Azərbaycanın 7 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Fərid Sadıqlı (55 kq) finalda rusiyalı Alibek Amirovla üz-üzə gələcək.

Təsnifat mərhələsində Ayxan Cavadov (60 kq), bolqarıstanlı Borislav Krasimirov Kirilovla, Elmin Əliyev (82 kq) macarıstanlı Sabolç İştvan Sinayla qarşılaşacaq.

Təsəlliverici görüşdə İlkin Qurbanov (63 kq) fransalı Lukas Lo Qrassonu sınağa çəkəcək.

1/8 finalda Fərid Xəlilov (67 kq) almaniyalı Yanis Heynzelbekerlə, Fərahim Mustafayev (72 kq) bolqarıstanlı Dimitar Georgiyevlə, Əli Telman Quliyev isə (97) xorvatiyalı Tomislav Brkanla güləşəcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 11 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal sahibi olublar.

"Cebheinfo.az"

Seçilən
0
8
cebheinfo.az

10Mənbələr