AZ

AzerGold da növbəti təyinat oldu

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub.

Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, Orxan Nağıyev "AzerGold" QSC-də Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, sözügedən şöbənin müdiri vəzifəsinə təyin edilib.

Ötən ilin oktyabr ayından "AzerGold" QSC-də Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdiri Oruc Eyvazov vəzifəsindən azad olunmuşdu.

Bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalamışdı.

Qeyd edək ki, 2024-cü ildən "AzerGold" QSC-də çalışan Orxan Nağıyev ötən ilin iyul ayında 5-ci "Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Zakir İbrahimovun müvafiq əmri ilə Fuad Babayev qurumun İdarə Heyəti sədrinin müşaviri təyin edilib və bununla da müşavirlərin sayı 10-a çatıb.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
mia.az

1Mənbələr