AZ

Qvineyalı forvardla maraqlanan klublardan biri “Milan” olacaq

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi yay transfer pəncərəsində A Seriyasının top-klublarından birinə keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qvineyalı forvardla maraqlanan klublardan biri “Milan” olacaq.

Milan klubu qışda Yan-Filip Matetanı transfer etmək planı baş tutmadığı üçün yayda hücum xəttini gücləndirməyi düşünür.

Qi­rassi daha əvvəl də “Milan”ın maraq dairəsində olub və klub onu yüksək qiymətləndirir.

Onunla maraqlana biləcək digər klub isə “Yuventus”dur. Turin təmsilçisinin qərarı isə komandanın əsas forvardı Duşan Vlahoviçin gələcəyindən asılı olacaq.

Vlahoviçin nümayəndələri hazırda “Yuventus” rəhbərliyi ilə yeni müqavilə barədə danışıqlar aparır. Tərəflər razılığa gələ bilməsə, Turin klubu Qi­rassini əsas alternativlərdən biri kimi nəzərdən keçirə bilər.

Qirassi cari mövsümdə Bundesliqada 24 oyuna çıxıb, 12 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
20
sportinfo.az

1Mənbələr