AZ

İrandan ABŞ-a şok: 5 təyyarə məhv edildi

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına raket hücumu nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş tanker təyyarəsi zədələnib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti iki ABŞ rəsmisinə istinadən yayıb.

Hücumlarda can itkisinin olmadığını bildirən rəsmilər, təyyarələrin tamamilə məhv edilmədiyini, lakin zədələndiyini və təmir işlərinin davam etdiyini iddia ediblər.

Qeyd olunur ki, sözügedən hadisədən sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus zədələnən və ya məhv edilən yanacaqdoldurma təyyarələrinin sayı yeddiyə yüksəlib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən açıqlamada isə İrana qarşı əməliyyat çərçivəsində fəaliyyət göstərən iki "KC-135" yanacaqdoldurma təyyarəsindən birinin İraqın qərbində düşdüyü və təyyarədəki 6 ekipaj üzvünün həyatını itirdiyi bildirilmişdi.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr