AZ

SEPAH-ın obyektləri vuruldu

ABŞ qırıcıları İranın Xarq adasına zərbələr endirib.

“Cebheinfo.az” İran mediasına istinadən xəbər verir ki, ABŞ Hərbi Hava və Dəniz Qüvvələri İranın cənubundakı Xarq adasına kütləvi raket zərbələri endirib.

Qeyd edək ki, Xarq adası neftlə zəngin olan bölgə hesab olunur və adadakı neft resursları İranın neft hasilatının 90 %-ni təşkil edir. 

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranın Xarq adasına hücumlarını təsdiqləyib.O qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələri Xarq adasındakı SEPAH-ın bütün hərbi obyektlərini məhv edib. 

“İndicə, mənim göstərişimlə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq tarixində ən güclü bombardman zərbələrindən birini həyata keçirərək, İranın ən vacib yerlərindən biri olan Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv edib”, - deyə Tramp bildirib. 

Ağ Evin rəhbəri bildirib ki, hücum zamanı adadakı neft obyektlərinə zərbələr endirilməyib. Bununla yanaşı, Tramp İran hakimiyyətinə ciddi xəbərdarlıq edib.

“Humanitar səbəblərə görə adadakı neft infrastrukturunu məhv etməmək qərarına gəldim. Lakin İran və ya başqa birisi gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçməsinə mane olmaq üçün hər hansı bir addım atarsa, dərhal bu qərarı yenidən nəzərdən keçirəcəyəm”. 

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr