AZ

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

Şimali Koreyanın Sunan bölgəsindən Yapon (Şərq) dənizinə doğru atılan təxminən on ballistik raket aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı NHK telekanalı Yaponiya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayımlayıb.
 

Qeyd edilib ki, bu Pxenyanın Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə bağlı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.


Cənubi Koreya ordusunun yaydığı məlumatda mərminin uçuşu ilə bağlı məlumatların araşdırıldığı qeyd edilir.

Bundan əvvəl “Yonhap” agentliyi raketin şərq istiqamətində buraxıldığını açıqlamışdı.


Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr