AZ

İdarəçilik süni intellekt və biotexnologiya ilə uyğunlaşdırıla bilər - Nazir

Bakı. Trend:

İdarəçilik süni intellekt və biotexnologiya ilə uyğunlaşdırılabilər, amma proses davamlı və artan olmalıdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf vənəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda XIII Qlobal BakıForumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək: Süni intellekt,idarəetmə və innovasiyanın etikası" adlı panel müzakirələrindəçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əsas problem vaxt məsələsidir:

"Əgər innovasiyanı uzun müddət tənzimləsək, onu məhv edəbilərik. Ona görə də mühüm nöqtəni müəyyən etmək lazımdır.Cəmiyyətin digər təbəqələri üçün də bu şərait yaradılmalıdır. Yolxəritəsinin hazırlanması, tələblərin müəyyənləşdirilməsi və hüquqitənzimləyici çərçivənin davamlı təkmilləşdirilməsi vacibdir.Azərbaycan kifayət qədər cəsarətlidir və daim öyrənir. Praktikadahər şeyi müşahidə edirik".

O qeyd edib ki, əvvəlki səhvləri nəzərə alaraq irəliyə doğruinkişaf imkanlarını qiymətləndirən sənəd imzaladıq.

"Siyasi mədəniyyətimizdən irəli gələn hədəf və məqsədləriuyğunlaşdırmağa çalışırıq. Bu, bəzi maneələrin aradanqaldırılmasına imkan yaradır.

Biz kifayət qədər uğurlu variant tapmışıq. Bu, tənzimləyiciçərçivədir. Təhsil sahəsi və iqtisadiyyatda idarəçilik üçün çərçivəyaradılır, həmçinin özünü inkişaf etdirmək və bilik əldə etmək üçünşərait təmin edilir. Belə müvafiq tənzimləyici çərçivə olduqda,hökumət prosesi idarə etmək üçün əlində alətlərə malik olur və eynizamanda uyğun ekosistemi cəmiyyət üçün qura bilir", - deyə nazirəlavə edib.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr