AZ

Mediasiya Şurası Azərbaycan Dillər Universiteti tələbələri üçün seminar keçirib



Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dillər Universiteti tələbələri üçün "Əmək bazarında əmək münasibətləri və mediasiyanın rolu” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova açılış nitqi ilə çıxış edib və bildirib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır.

Daha sonra Bakı 8 saylı mediasiya təşkilatının direktoru Mayıl Əhməd əmək münasibətlərində mediasiyanın rolu və tətbiq imkanları mövzusunda çıxış edib. Mediatorlar Natəvan Muradova və Günel Əliyeva isə əmək mübahisələrinin həlli üzrə praktiki nümunələri təqdim ediblər.

Görüş tələbələrin suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Süleyman
Seçilən
16
newscenter.az

1Mənbələr