ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “USS Abraham Lincoln” aviadaşıyıcısı ilə bağlı yaydığı iddialara kəskin reaksiya verib.
NOCOMMENT.az xəbər verir ki, rəsmi bəyanatda SEPAH-ın dezinformasiya kampaniyası ifşa olunub: “SEPAH yenidən ‘USS Abraham Lincoln’ (CVN-72) aviadaşıyıcısını sıradan çıxardığını iddia edir. Onlar daha əvvəl də bu gəminin ‘məhv edildiyini’ dəfələrlə bəyan etmişdilər. SEPAH nəinki köhnə yalanları tirajlayır, həm də özü-özünü təkzib edən yeni iddialar irəli sürür.”
CENTCOM-un məlumatına görə, reallıq İranın iddialarından tamamilə fərqlidir: “Məsələyə aydınlıq gətirək: ‘Abraham Lincoln’ aviadaşıyıcı zərbə qrupu dənizdən hərəkət edərək bölgənin hava məkanında dominantlıq etməyə davam edir və bütün döyüş tapşırıqlarını aktiv şəkildə yerinə yetirir.”

Sara,
NOCOMMENT.az