AZ

“Mənim eşitdiyimə görə...”

Çempionluq yolunda inamla addımlayan “Sabah” şənbə günü “İmişli” ilə üz-üzə gələcək.

Oyun Bakıda keçirilsəydi, “tələbələr”in asan qələbəsini təxmin etmək olardı.

Komandaların Qubada – qazonun durumu ürəkaçan olmayan meydanda qarşılaşması “Sabah”ın xal itirmək ehtimalını çoxaldır.

İndiki vəziyyətdə bu, “Qarabağ”la çempionluq mübarizəsi aparan Masazır təmsilçisinin planlarına daxil deyil.

Baş məşqçi Valdas Dambrauskasın güvəndiyi futbolçulardan olan İvan Lepinitsa Sportinfo.az-a verdiyi açıqlamada növbəti oyun barədə danışıb:

“İmişli” həqiqətən ciddi rəqibdir. İnamlı müdafiə olunur, əks-hücumlarda təhlükə yaradır. Son dərəcə diqqətli olmalıyıq.

Yolumuza uğurla davam etmək istəyiriksə, qələbə qazanmaq mütləqdir. “Qəbələ” ilə oyundakı intensivliyi nümayiş etdirməklə hədəfə çata bilərik.

Əvvəlki oyunlarda zədəli olduğum üçün Qubada meydana çıxmamışdım. Eşitdiyimə görə, qazonun durumu xoş deyil, texnikalı futbol nümayiş etdirməyə imkan vermir.

Bütün çətinliklərə hazır olmalıyıq. Dediyim kimi, məqsədimiz dəyişmir. Baş məşqçinin tapşırıqlarını lazım olan şəkildə yerinə yetirib, qələbə qazanmağa çalışacağıq”.

Martın 14-də Quba Olimpiya İdman Kompleksinin meydanında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

HƏBİB

Seçilən
15
sportinfo.az

1Mənbələr