AZ

Siqh Federasiyası Cenevrə Mətbuat Klubu: BTQ insan hüquqlarının pozulmasına qarşı mühüm töhfələr verir

Bakı Təşəbbüs Qrupu (BTQ) və Siqh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən siqh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən “Indian Transnational Repression” adlı hesabatı təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.

58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətinin xarici ölkələrdə yaşayan siqh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir. Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidi səsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdid və digər siyasi təqib vasitələrindən istifadə edir.

Təqiblərə məruz qalmış siqh nümayəndələri şəxsi təcrübələrini bölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqı siyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistan hökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbul edildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb. Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmış təzyiq modelidir.

Seçilən
39
publika.az

1Mənbələr