Ajans.az xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Teleqram kanalında yazıb. "Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kalaşnik bildirib. O qeyd edib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb: “Orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb”.