AZ

Suraxanı rayonunda iftar süfrəsi açıldı

Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən İftar süfrəsi açılıb.

Publika.az xəbər verir ki, açılan 450 nəfərlik iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat nümayəndələri, aztəminatlı ailələr və digər qonaqlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək mənəvi paklıq, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib. O, həmçinin ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin hər sahədə yüksək inkişaf yolunda inamla irəlilədiyini, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza tarixi qürur bəxş etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Afət Həsənova çıxış edərək Ramazan ayının insanlara mənəvi yüksəliş, səbr və şükür hissi aşıladığını söyləyib. O, belə bir müqəddəs ayda keçirilən iftar məclislərinin insanlar arasında həmrəyliyi və milli birliyi daha da möhkəmləndirdiyini, cəmiyyətimizdəki mənəvi dəyərlərin yaşadılmasında mühüm rol oynadığını bildirib. A.Həsənova xalqımıza Ramazan ayının xeyir-bərəkət gətirməsini, orucların qəbul olunmasını arzulayıb.

Seçilən
34
3
publika.az

10Mənbələr