AZ

Bərdədə ağır qəza -

Bərdədə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yevlax-Bərdə avtomobil yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi "VAZ-2106" markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
6
metbuat.az

10Mənbələr