AZ

“Kəpəz” Akademiyasında yenilik

“Kəpəz” Akademiyamsında projektorların quraşdırılması işləri yekunlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, bununla da futbolçuların üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb. İşıqlandırılmış meydanda ilk məşqi isə “Kəpəz”in U-15 komandası keçirib. Gənc futbolçular yeni şəraitdə böyük həvəslə məşq edərək məşqçilərin tapşırıqlarını yerinə yetiriblər.

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

Seçilən
25
2
idmanxeber.az

3Mənbələr