Bakı.Trend:
2024-cü ilin noyabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələriüzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində İslam İnkişaf Bankı Qrupu ilə "Qız Qalası suanbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrəsazişlər imzalanıb.
Trend-inməlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəolunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, bu layihə Azərbaycanın işğaldan azadedilmiş ərazilərində beynəlxalq maliyyə institutu tərəfindən dövlətzəmanəti ilə maliyyələşdirilən ilk layihə olub. Layihə çərçivəsindəCəbrayıl və Füzuli rayonlarında 252,0 min hektar ərazinin sutəminatının yaxşılaşdırılması və 12620 hektar yeni suvarılantorpaqların istifadəyə verilməsi məqsədilə "Qız Qalası suanbarından magistral suvarma kanalının tikintisi" layihəsininmaliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 2024-cü il 14noyabr tarixində 96,48 mln. ABŞ dolları məbləğində kredit sazişiimzalanıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyatakeçirilməsi nəzərdə tutulan daha bir infrastruktur layihəsi Qarabağzonasının və ona bitişik ərazilərdə yerləşən 9 rayonun (Mingəçevir,Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan vəİmişli rayonları) 115 min hektara yaxın əkin sahələrininsuvarılması, yaşayış məntəqələrinin içməli və məişət suları ilətəmin edilməsi məqsədini daşıyan 436,39 mln. ABŞ dolları məbləğində"Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsinin İslamİnkişaf Bankı Qrupu tərəfindən maliyyələşdirilməsi üzrə danışıqlaraparılır. Bu layihəyə dair sazişlərin İslam İnkişaf Bankı Qrupunun2026-cı ildə Azərbaycanda keçiriləcək İllik Toplantılarıçərçivəsində imzalanması hədəflənir.