Bakı.Trend:
2025-ci il ərzində Dövlət Gömrük Komitəsi tərəfindən 36,6 minhüquqpozma faktı aşkar edilib ki, bu faktlardan 661-i cinayətxarakterli, 35,9 mini inzibati xəta faktları olub. Hüquqpozmafaktlarının ümumi sayında 2024-cü illə müqayisədə 4,5% artım qeydəalınıb.
Trend-inməlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirəolunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatında öz əksini tapıb.
Hesabat ilində aşkar edilən 661 cinayət xarakterli faktlardan(əvvəlki illə müqayisədə 48% azalma) 157 fakt qaçaqmalçılıq(qaçaqmalçılıq əşyalarının dəyəri 9145,8 min manat), 124 fakt aksizmarkası ilə markalanmalı (nişanlanmalı) olan məhsulları (malları)belə marka (nişanlama) olmadan idxal etmə (aşkar edilmiş mallarındəyəri 3651,6 min manat), 182 fakt xarici valyuta vəsaitlərinixaricdən qaytarmama (qaytarılmayan xarici valyuta vəsaitlərininməbləği 219,4 mln. ABŞ dolları), 26 fakt gömrük ödənişlərininödənilməsindən yayınma (ödənilməyən gömrük ödənişlərinin məbləği4090,3 min manat), 209 digər cinayət xarakterli faktlar (aşkaredilmiş hüquqpozma predmetlərinin dəyəri 1105,5 min manat) təşkiledib.