İran ordusu müharibənin başlanğıcından bəri ABŞ və İsrailə məxsus 500 hərbi nöqtəyə hücum təşkil edildiyini və bu hücumlarda 700-dən çox pilotsuz uçuş aparatından istifadə olunduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, “Islamic Republic News Agency”nın məlumatına görə, bəyanat İran İnqilab Keşikçiləri Korpusu tərəfindən yazılı şəkildə yayımlanıb.
Qeyd olunub ki, müharibənin başlanğıcından bəri 60 strateji hədəfə, həmçinin ABŞ və İsrailə məxsus 500 hərbi nöqtəyə hücum həyata keçirilib, 700-dən çox pilotsuz uçuş aparatı və yüzlərlə raket istifadə olunub.
Məlumatda istifadə edilən pilotsuz uçuş aparatlarının növü, həmçinin raketlərin sayı və texniki xüsusiyyətləri barədə əlavə məlumat verilməyib.