AZ

BMT nümayəndəsi: Bakı şəhərsalma mövzusunu ortamüddətli hədəflərlə əlaqələndirməyə çalışır

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan hökuməti WUF13-ün uğurla keçirilməsi üçün böyük işlər görür".

Oxu.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, dünya ölkələrinin sivil şəkildə fikir mübadiləsi aparması üçün multilateralizm platformasının təqdim edilməsi qürurverici bir addımdır:

"Azərbaycan rəhbərliyi tərəfindən bu qlobal hadisəyə yüksək səviyyədə diqqət göstərilməsi forumun nailiyyətlərinə birbaşa təsir edir. Rəsmi Bakının məqsədi sadəcə birdəfəlik tədbir təşkil etmək deyil, şəhərsalma mövzusunu dövlət siyasətinin ortamüddətli hədəfləri ilə əlaqələndirməkdir".

Məlik Məlikov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr