AZ

ABŞ İranın strateji neft mərkəzinə hücum etdi –Xark adası bombardman edildi…



ABŞ Prezidenti Donald Tramp İranın Xark Adasını hədəf aldıqlarını açıqlayıb. Tramp ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) onun əmrləri ilə "Yaxın Şərq tarixinin ən intensiv bombardmanlarından birini" həyata keçirdiyini bildirib və əlavə edib ki, İran üçün kritik əhəmiyyət kəsb edən Xark adasındakı bütün hərbi hədəflər tamamilə məhv edilib.

"İnsanlıq naminə, adadakı neft infrastrukturunu məhv etməməyi seçdim. Lakin, İran və ya hər hansı digər ölkə gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçməsinə mane olarsa, bu qərarı dərhal yenidən nəzərdən keçirəcəyəm" - deyə Tramp İrana xəbərdarlıq edib.

Tramp deyib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. ABŞ-ı, Yaxın Şərqi və ya dünyanı təhdid etmək qabiliyyətinə malik olmayacaq. İran ordusu və bu terrorçu rejimlə əlaqəli digər elementlər silahlarını yerə qoymalı və ölkələrinin qalan hissəsini (artıq çox az qalıb) xilas etmək üçün ağıllı hərəkət etməlidirlər".

Fars körfəzində, İran sahillərindən təxminən 30 kilometr aralıda yerləşən Xark adası ölkənin neft ixracı üçün ən vacib strateji nöqtələrdən biri kimi seçilir. Ada İranın xam neft ixracının təxminən 90 faizinin həyata keçirildiyi ən böyük və ən vacib neft terminalı kimi tanınır. Strateji mövqeyinə görə ada İran neftinin dünyaya əsas qapısı kimi də qəbul edilir. Adanın təhlükəsizliyi və fasiləsiz fəaliyyəti İranın iqtisadi cəhətdən ayaqda durması və qlobal enerji bazarındakı gücü üçün çox vacibdir.

Adanın təhlükəsizliyi və fasiləsiz fəaliyyəti İranın iqtisadi cəhətdən ayaqda durması və qlobal enerji bazarında güclənməsində vacib rol oynayır.

Tahir TAĞIYEV

Seçilən
41
baki-xeber.com

1Mənbələr