HAMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb.
APA xəbər verir ki, bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd edilib.
Bəyanatda bildirilib ki, İran regionda qonşu dövlətləri hədəfə almaqdan çəkinməlidir.
Təşkilat, eyni zamanda, İranın İsrail və ABŞ-a qarşı bütün mövcud vasitələrdən istifadə edərək, beynəlxalq norma və qanunlara uyğun şəkildə özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.