Bakıda keçiriləcək WUF13 qlobal müzakirələrin aparıldığı bir dövrdə insanların bir araya gəlib dialoq qurması üçün mühüm bir platformadır.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, WUF13-də formalaşdırılacaq ideyalar və siyasətlər dünyanın digər ölkələri üçün də şəhər inkişafı prioritetlərinin müəyyənləşdirilməsində “yol göstəricisi” ola bilər:
“Birləşmiş Millətlər Təşkilatı sisteminin buradakı nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, biz hökumətlə əməkdaşlıq çərçivəsi sənədi imzalamışıq və həmin sənəddə iki əsas prioritet - ətraf mühit və urbanizasiya. Bu məsələ artıq rəsmi sənədlərdə yer alır və təkcə forumla bağlı deyil”.
"Cebheinfo.az"