AZ

Səudiyyə Ərəbistanı Qırmızı dəniz vasitəsilə neft daşımalarını artırır

Müəllif:Mehin Qasımova,Banco.az

Səudiyyə Ərəbistanı Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda neft ixracının istiqamətini dəyişərək Qırmızı dəniz üzərindən daşınmaları artırmağa başlayıb.

Banco.az xəbər verir ki, "Bloomberg”in məlumatına  görə, İranın Hörmüz boğazını blokada etməsi səbəbindən Ər-Riyad neft daşımalarını əsasən Yanbu əl-Bəhr limanı və Qırmızı dəniz marşrutu vasitəsilə həyata keçirməyə üstünlük verir.

Məlumatlara əsasən, son günlərdə 11 çox böyük neft tankeri Yanbu əl-Bəhr limanına çatıb və hazırda yükləməyə başlamağı gözləyir.

Agentlik bildirir ki, dövlətə məxsus "Saudi Aramco" şirkəti bu marşrut üzrə tədarükün yaxın vaxtlarda gündə 5 milyon barelə çata biləcəyini açıqlayıb. Lakin qeyd olunur ki, yerli infrastruktur indiyədək bu qədər böyük həcmdə yük daşınması ilə qarşılaşmayıb. Müqayisə üçün, mart ayında Yanbu əl-Bəhr limanı vasitəsilə orta hesabla gündə 2,7 milyon barel neft daşınıb.

Seçilən
3
1
banco.az

2Mənbələr