AZ

''Beşiktaş'' ''Fənər''li futbolçunu geri göndərəcək

''Beşiktaş''ın mövsümün əvvəlində ''Fənərbaxça''dan icarəyə götürdüyü Cengiz Ündərin performansı son vaxtlar geriləyib. Bu üzdən rəhbərliyin və baş məşqçi Sərgən Yalçının onunla bağlı qərarı dəyişib. Daha öncə uzun illər legioner həyatı yaşamış bu futbolçunun ''Beşiktaş''da ilk ayları çox yaxşı keçmişdi. Debüt oyununda ''İstanbul BŞ''yə qol vuraraq ''ağ-qaralar''a qələbə qazandıran Ündər ilk 10 rəsmi oyunda 4 dəfə fərqlənmişdi. Ancaq son həftələrdə onun oyununda geriləmə hiss olunur. 28 yaşlı vinger sonuncu qolunu 19-cu turda ''Eyüpspor''a vurub. O, şans qazandığı son 6 superliqa matçında isə aktivinə qol və ya məhsuldar ötürmə yaza bilməyib. Qışda reallaşdırılan transferlərdən sonra da bir qədər gözdən düşən Cengiz heç cür əsas heyət üzvünə çevrilə bilmir. Sərgən Yalçın ona əsas heyət üzvü gözü ilə baxmır. Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik mövsümün sonunda bu futbolçunu daimi əsasda transfer etmək fikrindən vaz keçib. Ona görə də Cengiz yayda ''Fənərbaxça''ya qayıdacaq. Onun ''sarı-lacivərdlilər''də 2027-yə qədər müqaviləsi var.

Seçilən
23
1
football-plus.az

2Mənbələr