AZ

Araşdırma şok etdi: “Problem yaradan insanlar” insanı daha tez qocaldır

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Proceedings of the National Academy of Sciences" jurnalında yayımlanan araşdırmaya görə, insan həyatında davamlı problem yaradan və stres yaradan şəxslər bioloji qocalma prosesini sürətləndirirlər.

Sherg.az xəbər verir ki, 2 mindən çox insanın iştirak etdiyi tədqiqatda müəyyən olunub ki, insanın həyatında olan hər əlavə “narahatlıq yaradan şəxs” qocalma sürətini təxminən 1,5% artırır. Araşdırma üçün iştirakçıların sosial əlaqələri izlənilib və DNA analizləri aparılıb.

Tədqiqatın müəllifi, Byungkyu Lee (New York Universiteti) bildirib ki, mənfi sosial münasibətlər xroniki stress yaradır və bu da sağlamlığa mənfi təsir göstərərək insanın daha tez qocalmasına səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr