ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 13-də Bakı şəhəri 203 nömrəli tam orta ümumtəhsil məktəbində tənəffüs vaxtı (saat 10:25 radələrində) IX sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) xəsarət yetirib.
Redaktor.az xəbər verir ki, BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.