AZ

Azərbaycan Premyer Liqası: “İmişli” “Sabah” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turunun oyunu “İmişli” “Sabah” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.

“İmişli” 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. 56 xala malik “Sabah” isə liderdir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
14 mart (şənbə)
15:00. “İmişli” - “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Əliyar Ağayev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə:
Seçilən
18
1
idman.biz

2Mənbələr