AZ

İsrail ordusu Təbriz yaxınlığında yaşayan sakinlərə hava hücumları ilə bağlı xəbərdarlıq edib

İsrail ordusu Təbriz yaxınlığındakı ərazidə yaşayan sakinlərə planlaşdırılan hava hücumları ilə bağlı təcili xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.


IDF mülki şəxsləri dərhal qeyd edilən ərazini tərk etməyə çağırıb.

"Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək", – məlumatda qeyd olunub.

Seçilən
28
16
apa.az

1Mənbələr