AZ

Avropa ikincisi: Zədədən sonra ilk yarışım idi

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zrenyanin, 14 mart, AZƏRTAC

Yarış mənim üçün ağır keçdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova deyib.

O, turnirə iki ay hazırlaşdığını bildirib: "Dizimdən əməliyyat olunmuşdum. Zədədən sonra ilk yarışım idi. Yüngül məşqlərdən sonra turnirə qatıldım. Məqsədim fəxri kürsüdə yer almaq idi. Təəssüf ki, çempion ola bilmədim. Növbəti hədəfim Albaniyada təşkil olunacaq böyüklər arasında Avropa çempionatında birinci olmaqdır".

Müxbir - Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr