Qətərin bir sıra bölgələrində müvəqqəti təxliyəyə başlanılıb.
Bu barədə Qətərin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
"Xarici təhlükə aradan qaldırılana qədər bir sıra bölgələr müvəqqəti təxliyə edilməlidir", - məlumatda qeyd olunub.
Bununla belə, konkret olaraq hansı bölgələrin təxliyə tədbirlərinə cəlb edildiyi barədə məlumat dəqiqləşdirilməyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.