Bugün Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Anews.az xəbər verir ki, fasilə ağacların budanması ilə bağlı planlaşdırılan işlərlə əlaqədardır.
Bildirilib ki, Biləsuvar yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xətti üzrə abonentlərin elektrik təchizatında saat 10:00-dan 13:00-dək məhdudiyyət olacaq.