Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.
"Amerika diplomatik nümayəndəliyində hava hücumu sirenləri işə salınıb. Səfirliyin ətrafındakı ərazidə tüstü qalxır", - deyə telekanalın verdiyi məlumatda qeyd edilib.
İraqın təhlükəsizlik xidmətlərindəki mənbələrin bildirdiyinə görə, Amerika diplomatik nümayəndəliyinə doğru bir pilotsuz aparat yönləndirilib. Məlumata əsasən, hücumun əsas hədəfi Bağdaddakı ABŞ səfirliyinin ərazisində yerləşən hava hücumundan müdafiə (HHM) sistemləri olub.
“Al Hadath”ın məlumatına görə, hadisədən sonra İraq təhlükəsizlik qüvvələri Bağdadın mərkəzində yerləşən və hökumət qurumlarının, eləcə də ABŞ daxil olmaqla bir çox ölkənin səfirliklərinin yerləşdiyi “Yaşıl zona”nı tamamilə bağlayıblar.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.