
Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.
Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.
Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.
Martın 15-də isə əsas yarış üçün təsnifat mərhələsinin keçirilməsi planlaşdırılır.