“Barselona”nın hücumçusu Robert Levandovski 2022-ci ildə “Bavariya”dan Kataloniya klubuna keçməyin asan qərar olmadığını etiraf edib.
Publika.az xəbər verir ki, “Barça Universal” Levandovskinin sözlərini sitat gətirib:
“Barselona” ilə müqavilə imzalamaq karyeramın ən çətin qərarlarından biri idi. Mən hər şeyi qazandığım “Bavariya”da idim, amma növbəti addımı atmağın vaxtı olduğunu hiss edirdim.
Mən gəlməmişdən əvvəl, “Barselona” ilə oynadığımız zaman komandada bir şeyin çatışmadığını görürdüm. Klub çətin günlərdən keçirdi və əvvəlki kimi deyildi.